Azərbaycan İkinci Liqasında mübarizə aparan “Şəki” klubunun yeni baş məşqçisi müəyyənləşib.
İdman.Biz xəbər verir ki, bölgə təmsilçisi bu vəzifəyə Firuddin Mövsümovu təyin edib.
Mövsümov daha əvvəl də “Şəki”nin baş məşqçisi olub. Təcrübəli mütəxəssis yenidən komandanın sükanı arxasına qayıdıb.
Xatırladaq ki, “Şəki” oktyabrın 20-də İkinci Liqanın səkkizinci turunda “Zəngəzur”a 0:5 hesabı ilə məğlub olub. Bundan sonra klub Elvin Hacızadə ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.





