İdman · Publika.az

Harri Keynin “Qızıl top” mərasimində taxdığı saatın qiyməti heyrətləndirdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Harri Keynin “Qızıl top” mərasimində taxdığı saatın qiyməti heyrətləndirdi xəbəri üçün şəkil

“Bavariya”nın hücumçusu Harri Keyn 2026-cı il “Qızıl top” mükafatının təqdimetmə mərasimində təkcə futbol uğurları ilə deyil, bahalı aksessuarı ilə də diqqət çəkib. İngiltərə millisinin kapitanı tədbirə nadir “Rolex Cosmograph Daytona” saatı ilə qatılıb.

Publika.az xəbər verir ki, “Foot Mercato” nəşri “The Sun” qəzetinə istinadən saatın dəyərinin təxminən 1 milyon funt-sterlinq, yəni 1,15 milyon avro olduğunu yazıb.

İsveçrə istehsalı olan lüks saat meteor daşından hazırlanmış siferblatı və sapfir mavisi çərçivəsi ilə seçilir. Bu xüsusiyyətlər onu “Rolex”in ən eksklüziv modellərindən birinə çevirir.

Keyn mərasimə həyat yoldaşı Keyt Qudlendlə birlikdə London Palladium teatrında qatılıb. Futbolçu üçün gecənin əsas hadisəsi isə saatından daha çox karyerasında əldə etdiyi uğur olub: o, ilk dəfə “Qızıl top” mükafatını qazanıb.

Mənbənin məlumatına görə, Keyn 2001-ci ildə Maykl Ouenin qalibiyyətindən sonra bu mükafata layiq görülən ilk ingiltərəli futbolçu olub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑