İdman · İdman.biz

“Liverpul” “Mançester Yunayted”in transfer hədəfinə göz dikib - 96 milyon avro

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Liverpul” “Mançester Yunayted”in transfer hədəfinə göz dikib - 96 milyon avro xəbəri üçün şəkil

“Liverpul” İngiltərə Premyer Liqasındakı rəqibi “Mançester Yunayted”in uzun müddətdir maraq göstərdiyi “Everton”un mərkəz müdafiəçisi Cerrad Brantueyti transfer etməyi nəzərdən keçirir.

İdman.Biz “Football Insider” nəşrinə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi 24 yaşlı ingiltərəli futbolçunun çıxışını yaxından izləyir və gələn il onun transferi üçün hərəkətə keçə bilər.

“Mançester Yunayted” də Brantueytə marağını itirməyib. Mançester klubu bir neçə il əvvəl müdafiəçinin transferi üçün rəsmi təklif göndərsə də, “Everton” bunu qəbul etməyib.

Liverpul təmsilçisinin də diqqətini çəkən futbolçunun transferi üçün ciddi məbləğ tələb olunur. “Everton” Brantueyti 80 milyon funt sterlinqə (96 milyon avro) qiymətləndirir.

Müdafiəçi cari mövsümdə bütün turnirlər daxil olmaqla yeddi qarşılaşmada iştirak edib. Onun “Everton”la müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.

“Transfermarkt” portalı isə Brantueytin bazar dəyərini 45 milyon avro (90 milyon manat) göstərir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑