İdman · Ölkə.az

Azərbaycan millisi U-15 dünya çempionatında növbəti matçını keçirəcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan millisi U-15 dünya çempionatında növbəti matçını keçirəcək xəbəri üçün şəkil

Ölkə.az-ın məlumatına görə, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv C Divizionunun (65-96-cı yerlər uğrunda) 1/16 final mərhələsində Çili seçməsi ilə üz-üzə gələcək.

Qarşılaşma Hövsan Yarış Kompleksindəki 7B stadionunda, saat 11:30-da start götürəcək.

Cütün qalibi növbəti raundda Belarus - Cəbəllütariq duelinin güclüsü ilə üz-üzə gələcək. Məğlub tərəf isə məhz bu cütdə uduzan komanda ilə qarşılaşacaq.

Xatırladaq ki, Azərbaycan komandası AF qrupunun üçüncüsü kimi C Divizionuna vəsiqə qazanıb. Yığma Timor-Leste seçməsinə 6:0, Andorraya 1:0, İsrailə 3:1 hesabı ilə qalib gəlib, Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub. Bununla da yığma qrupu 9 xalla üçüncü pillədə başa vurub.

Təqvimə əsasən, oktyabrın 28-dən 30-dək Azərbaycan millisi daha beş matçda meydana çıxacaq. Bununla da yığmanın turnir çərçivəsində keçirdiyi oyunların sayı 10-a yüksələcək.

Mundialda dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.

Oktyabrın 30-da başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçirilir. Turnirin final görüşü Bakı Kristal Zalında gerçəkləşəcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑