Kişi voleybolçular arasında Azərbaycan Super Liqasında bu gün ikinci turun oyunlarına start veriləcək.
İdman.Biz xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Saat 16:00-da “ORDU” və “Neftçi” Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində üz-üzə gələcəklər. Saat 17:00-da isə “Xilasedici” Fövqəladə Hallar Nazirliyinin idman zalında “AZERRAIL”ı qəbul edəcək.
Qeyd edək ki, turun son oyunu oktyabrın 30-da “Murov Az Terminal” və “Gənclər” komandaları arasında keçiriləcək.


