İdman · Futbolpress.az

“Liverpul” üçün 3 namizəd

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Liverpul” üçün 3 namizəd xəbəri üçün şəkil

“Liverpul” qış transfer dönəmində heyətini yeni yarımmüdafiəçi ilə gücləndirmək istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Premyer Liqa klubunda bu mövqeyə əsas namizədlər “Monako”dan Lamin Kamara, “Bornmut”dan Aleks Skot və “Borussiya”dan Feliks Nmeçadır.

Mersisayd təmsilçisi qışda futbolçular üçün klubları ilə danışıqlara başlayacaq. Hansı variant uyğun olarsa, dəyərləndiriləcək.

Kamara ötən yay “Çelsi”dən təklif alsa da, keçidə razılıq verməmişdi.

“Liverpul” çempionatda 8 turdan sonra 15 xalla 4-cü sıradadır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑