İdman · Offsideplus.az

Fənərbağçada qərar anı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Fənərbağçada qərar anı xəbəri üçün şəkil
"Fənərbağça"da qərar anı

İsmail Kartalın istefasından sonra baş məşqçi axtarışlarını sürətləndirən "Fənərbağça"da isti saatlar yaşanır.

Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçi postu üçün bir nömrəli namizədi olan Vinçenso Montella artıq İstanbula gəlib.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Rəhbərliyin təcili addım atmaq istədiyi bir vaxtda italyan mütəxəssisin Çəngəlköydə "Fənərbağça" klubunun prezidenti Aziz Yıldırımla bir araya gələcəyi bildirilir.

Hazırda "sarı-lacivərdlilər"in sükanı arxasına keçməyə ən yaxın namizəd məhz Montelladır.

Qeyd edək ki, italiyalı mütəxəssis son olaraq Türkiyə yığmasını çalışdırıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑