“Bavariya”nın hücumçusu Harri Keyn Münhen təmsilçisi ilə müqaviləsini uzatmağa yaxındır.
Apasport.az xəbər verir ki, bu barədə klubun baş direktoru Yan-Kristian Drezen “Bild” nəşrinə açıqlamasında bildirib.
Almaniya klubunun rəsmisi ingiltərəli futbolçu ilə yeni müqavilə üzərində işlərin davam etdiyini təsdiqləyib.
“Yeni müqavilə mövzusunda çox nikbinəm. Hazırda müqavilənin detalları üzərində işləyirik. Harri fantastik futbolçudur. ‘Qızıl top’un qalibinin komandamızda olması ilə fəxr edirik”, – deyə Drezen bildirib.
Qeyd edək ki, 2026-cı il üzrə “Qızıl top” mükafatını qazanan Harri Keynin “Bavariya” ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. İngiltərə millisinin hücumçusu 2023-cü ildə “Tottenhem”dən Münhen klubuna transfer olunub.


