İdman · AZƏRTAC

Azərbaycan boksçuları bu il Avropa çempionatlarında 25 medal qazanıblar VİDEO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan boksçuları bu il Avropa çempionatlarında 25 medal qazanıblar VİDEO xəbəri üçün şəkil

Bakı, 28 oktyabr,

Azərbaycan boksçuları 2026-cı ildə qatıldıqları dörd Avropa çempionatında ümumilikdə 25 medal qazanıblar.

Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, mükafatların 5-i qızıl, 8-i gümüş, 12-si bürünc əyarlıdır.

Komandalar arasında ən çox medalı böyük potensial vəd edən U-15 millisi əldə edib. Boksçular Trabzonda yeni başa çatan Avropa çempionatında 10 dəfə fəxri kürsüyə yüksəliblər.

U-17 millisi qitə birinciliyini 8 medalla başa vurub. Böyüklərdən ibarət yığma isə analoji yarışda rekord nəticə göstərərək 5 medal qazanıb. Hər iki komandanın 2 idmançısı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və Azərbaycan Himnini səsləndirib.

U-19 millisinin Avropa çempionatındakı qazancı isə 2 medal olub.

Azərbaycan komandaları bu yarışların 3-də medal əyarına görə ilk “altılıq”da yer alıblar.

Qitə birinciliklərində əldə olunan nəticələr bununla yekunlaşmır. Noyabrda keçiriləcək U-23 Avropa çempionatı milliyə medal sayını artırmaq imkanı yaradacaq.

 

Videonu AZƏRTAC-da aç

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑