İdman · İdman.biz

Mbappe “Real”ı çətin vəziyyətdə qoydu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Mbappe “Real”ı çətin vəziyyətdə qoydu xəbəri üçün şəkil

İspaniyanın “Real Madrid” futbol komandası hücumçusu Kilian Mbappenin Mao Tszedun haqqında açıqlamasına görə Çin xalqından rəsmi üzr istəyib.

İdman.Biz xəbər verir ki, İspaniya klubu 28 oktyabrda bəyanat yayaraq fransalı futbolçunun sözlərinin yaratdığı narazılıqdan təəssüfləndiyini bildirib.

“Klubumuz Çinə, onun tarixinə, mədəniyyətinə və vətəndaşlarına, eləcə də komandamızı sevən və dəstəkləyən milyonlarla çinli azarkeşə dərin hörmət bəsləyir”, - deyə bəyanatda qeyd olunub.

“Real Madrid” daha əvvəl sözlərinin uğursuz olduğunu etiraf edən və Çin ictimaiyyətinin reaksiyasından təəssüfləndiyini bildirən Mbappenin açıq üzrxahlığını da dəstəkləyib.

Madrid klubu qarşılıqlı hörmət və mədəni anlaşma prinsiplərinə sadiqliyini, həmçinin çinli azarkeşlərlə münasibətləri möhkəmləndirməyə davam etmək niyyətini vurğulayıb.

Xatırladaq ki, qalmaqal Mbappenin müsahibəsindən bir hissənin yayılmasından sonra başlayıb. Həmin görüntülərdə futbolçu üzünün Çin diktatoru adlandırdığı şəxsin (söhbət Mao Tszedundan gedir – red.) təsvirinə yerləşdirildiyi internet memini müzakirə edib.

Bundan sonra Çinin “Mengniu”, “Milkground” və “Dongpeng Beverage” şirkətləri futbolçu ilə əməkdaşlığı dayandırdıqlarını açıqlayıblar. Çinin dövlət televiziya və radio şirkəti də La Liqa oyunlarının yayımını dayandırıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑