Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında iki ildən bir futbol turnirinin keçirilməsi planlaşdırılır.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, Türk Dövlətləri ilə Əlaqələr üzrə sədr Kürşad Zorlu TDT-nin 13-cü Dövlət Başçıları Zirvəsi ərəfəsində jurnalistlərlə görüşündə bildirib.
O, qeyd edib ki, həmçinin türk dövlətlərinin klublarında çıxış edən futbolçuların qarşılıqlı olaraq yerli oyunçu statusunda tanınması nəzərdə tutulur.
Onun sözlərinə görə, planlaşdırılan dəyişikliklər Türk dünyasında vahid futbol ekosisteminin formalaşmasına töhfə verəcək.
Qeyd edək ki, TDT-nin 13-cü Dövlət Başçıları Zirvəsinin oktyabrın 30-da Ankarada keçirilməsi nəzərdə tutulur.





