Azərbaycan Kubokunda II təsnifat mərhələsinin oyunları keçirilir.
Futbolpress.az xəbər verir ki, bu gün daha 5 oyun baş tutacaq.
“İmişli” “Qaradağ Lökbatan”ı, “Şamaxı” “Hypers”i , “Şahdağ Qusar” MOİK-i mübarizədən kənarlaşdırıb.
“Şəfa” bu mərhələdə “Ağstafa Gəncləri” ilə qarşılaşacaq. “Kəpəz” isə “Baku Sportinq”lə üz-üzə gələcək.
Azərbaycan Kuboku
II təsnifat mərhələsi
28 oktyabr
14:00 “İmişli” – “Qaradağ Lökbatan” 4:1
Qollar: F.Nəbiyev, 73, S.Fərəcov, 86, 90, D.Kardozu, 90+4 – Ə.Əlizadə, 45
Yevlax şəhər stadionu
14:00 MOİK – “Şahdağ Qusar” 1:9
Qollar: Q.Səfərov, 46 – A.Çipesse, 28, 45, 79, J.Zenqo, 43, M.İsayev, 54, M.Baxşalı, 58, A.Dauda, 63, 68, G.Əsədov, 81
Binə qəsəbə stadionu
14:00 “Hypers” – “Şamaxı” 1:5
Qollar: M.Məmmədov, 62 – O.Məmmədov, 4, E.Adilxanov, 45, T.Dequ, 60, H.İsmayılov, 74, T.Axvelidiani, 82
Şamaxı şəhər stadionu
16:00 “Şəfa” – “Ağstafa Gəncləri” 1:0
Qol: B.Dansoko, 3
“Sumqayıt Arena”
19:00 “Kəpəz” – “Baku Sportinq”
Gəncə şəhər stadionu




