İdman · İdman.biz

Yeniyetmələrin Yay Olimpiya Oyunlarında Azərbaycan komandasının bayraqdarları müəyyənləşib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında Azərbaycan komandasının bayraqdarları müəyyənləşib xəbəri üçün şəkil

Dakar-2026 Yeniyetmələrin dördüncü Yay Olimpiya Oyunlarının açılış mərasimində iştirak edəcək Azərbaycanın komandasının bayraqdarları müəyyənləşib.

İdman.Biz xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsi məlumat yayıb.

Oktyabrın 31-də Dakardakı Abdulaye Vade stadionunda keçiriləcək açılış mərasimində Azərbaycan bayrağını üzgüçülər Süleyman İsmayılzadə və Məryəm Cavadova daşıyacaq.

Qeyd edək ki, Süleyman İsmayılzadə üçüncü MDB Oyunlarının qalibi, dördüncü İslam Həmrəyliyi Oyunlarının isə bürünc mükafatçısıdır. Məryəm Cavadova isə altıncı İslam Həmrəyliyi Oyunlarının bürünc medalçısıdır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑