İsmayıl Kartalın istefasından sonra "Fənərbağça" yeni baş məşqçi təyin olunana qədər köməkçi məşqçi Dirk Kuytun vəzifəni icra edəcəyini açıqlayıb.
Milli.Az xəbər verir ki, açıqlamada deyilir: "İsmail Kartalın istefasından sonra klubumuz yeni baş məşqçimiz müəyyən olunana qədər Dirk Kuytu futbol A komandamızın texniki direktoru təyin etdi".
Xatırladaq ki, "Fənərbağça" dünən axşam baş məşqçi İsmayıl Kartalla yollarını ayırdığını açıqlayıb.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
.png)




