Ölkə.az xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv Xorvatiyanın "Dinamo Zaqreb" klubunun müvafiq yaş qrupundan ibarət komandasına uduzub.
"Azersun Arena"da keçirilən görüş rəqib komandanın 1:2 hesablı qələbəsi ilə başa çatıb. "Qarabağ"ın futbolçusu Viktor Ani Çidioke 45-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.
Qeyd edək ki, komandalar arasında cavab oyunu noyabrın 4-də Zaqrebdə keçiriləcək. Bu cütün qalibi növbəti mərhələdə "Benfika" (Portuqaliya) - "Pafos" (Kipr) cütünün qalibi ilə qarşılaşacaq.
BİRLİKDƏ PAYLAŞAQ
Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.
Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparan “Araz-Naxçıvan” ikinci matçına çıxıb. Futbolpress.az xəbər verir ki, Naxçıvan təmsilçisi 5-ci qrup çərçivəsində Bosniya və Herseqovinanın “Buba Mara” klubu ilə üz-üzə gəlib. Polşanın Qlivise şəhərindəki “Prezero Arena”da baş tutan mübarizə rəqibin 5:3 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan çempionunun heyətində Murad Quluzadə, Oktay Rüstəmli və Kənan Manafov […]
Bakıda ev sahibliyi edilən FIFA U-15 Dünya Çempionatı və Festivalında mübarizə aparan Azərbaycan milli komandası növbəti matçına çıxıb. Futbolpress.az xəbər verir ki, C Divizionunda (65-96-cı yerlər uğrunda) mübarizə aparan Famil Xəlilovun rəhbərlik etdiyi yığmamız bu gün günün ikinci oyununda Cəbəllütariq millisi ilə qarşılaşıb. Gərgin keçən görüş Azərbaycan millisinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.
“Neftçi” basketbol klubunun FIBA Avropa Kubokunun qrup mərhələsindəki uğursuz seriyasını davam edir Futbolpress.az xəbər verir ki, H qrupunun IV turu çərçivəsində Bakı İdman Sarayında Rumıniyanın “Oradea” komandasını qəbul edən paytaxt təmsilçisi növbəti yenilgi ilə üzləşib. Görüş qonaqların 99:83 hesablı üstünlüyü ilə yekunlaşıb. Bu nəticədən sonra qrupda keçirdiyi dördüncü matçdan da məğlub ayrılan “ağ-qaralar” 4 xalla […]
Stokholm, 28 oktyabr, АZƏRTAC Azərbaycanın “DH Volley Baku” voleybol klubu Avropa kuboku turniri çərçivəsində səfərdə Danimarkanın “Holte IF” komandasını 3:1 hesabı ilə məğlub edib.AZƏRTAC xəbər verir ki, klubun prezidenti Şərəf Yalçın noyabrın 5-də Bakıda keçiriləcək cavab qarşılaşmasında da qalib gələrək növbəti mərhələyə yüksələcəklərinə əminliyini ifadə edib.Danimarkada yaşayan soydaşlarımız da Azərbaycan komandasına xüsusi dəstək göstəriblər. Danimarka Azərbaycan Vətən Cəmiyyətinin sədri Me