İdman · AZƏRTAC

Azərbaycan voleybol klubu Danimarkada qələbə qazanıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan voleybol klubu Danimarkada qələbə qazanıb xəbəri üçün şəkil

Stokholm, 28 oktyabr, АZƏRTAC

Azərbaycanın “DH Volley Baku” voleybol klubu Avropa kuboku turniri çərçivəsində səfərdə Danimarkanın “Holte IF” komandasını 3:1 hesabı ilə məğlub edib.

AZƏRTAC xəbər verir ki, klubun prezidenti Şərəf Yalçın noyabrın 5-də Bakıda keçiriləcək cavab qarşılaşmasında da qalib gələrək növbəti mərhələyə yüksələcəklərinə əminliyini ifadə edib.

Danimarkada yaşayan soydaşlarımız da Azərbaycan komandasına xüsusi dəstək göstəriblər. Danimarka Azərbaycan Vətən Cəmiyyətinin sədri Mehriban Əliyeva və təşkilatın üzvləri Holtedə keçirilən qarşılaşmanı izləyərək komandamıza azarkeşlik ediblər.

Danimarkada qazanılan qələbə “DH Volley Baku” komandasına cavab oyunu öncəsi üstünlük qazandırıb. Növbəti mərhələyə vəsiqənin taleyi noyabrın 5-də Bakıda keçiriləcək cavab qarşılaşmasından sonra müəyyənləşəcək.

Nərgiz Cəfərli AZƏRTAC-ın xüsusi müxbiri Stokholm
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑