Bakıda ev sahibliyi edilən FIFA U-15 Dünya Çempionatı və Festivalında mübarizə aparan Azərbaycan milli komandası növbəti matçına çıxıb.
Futbolpress.az xəbər verir ki, C Divizionunda (65-96-cı yerlər uğrunda) mübarizə aparan Famil Xəlilovun rəhbərlik etdiyi yığmamız bu gün günün ikinci oyununda Cəbəllütariq millisi ilə qarşılaşıb.
Gərgin keçən görüş Azərbaycan millisinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.



