Bakı, 28 oktyabr, AZƏRTAC "Araz-Naxçıvan" futzal komandası Çempionlar Liqasında ikinci oyununa çıxıb.AZƏRTAC xəbər verir ki, Azərbaycan çempionu Bosniya və Herseqovinanın "Buba Mara" kollektivi ilə qarşılaşıb və rəqibinə 3:5 hesabı ilə uduzub.Komanda ötən gün Macarıstan təmsilçisi "Uypeşt"i 5:4 hesabı ilə üstələyib.
Azərbaycanlı qapıçı Eldar Tağızadənin formasını geyindiyi “Bistritsa” Sloveniyanın ikinci liqasında növbəti oyununu keçirib. Futbolpress.az xəbər verir ki, komanda çempionatın 12-ci turunda səfərdə “Yesenitse” ilə qarşılaşıb və inamlı qələbə qazanıb (3:1). Qarşılaşmada qonaqların heyətində Rok Kidriç, Aleks Koroşec və Patrik Katiç fərqləniblər. Meydan sahiblərinin yeganə qolunu isə Stefan Kladar) vurub. Qeydə alınan nəticə: Sloveniya İkinci Liqası […]
Bakı, 28 oktyabr, AZƏRTAC "Kəpəz" Azərbaycan Kubokunda 1/8 finala yüksəlib.AZƏRTAC xəbər verir ki, Gəncə təmsilçisi II təsnifat mərhələsində "Baku Sportinq"lə qarşılaşıb.Görüş "sarı-göylər"in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.Komanda növbəti oyunda "Turan Tovuz"la üz-üzə gələcək.