İdman · Futbolpress.az

Eldarın komandası qələbə qazandı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Eldarın komandası qələbə qazandı xəbəri üçün şəkil

Azərbaycanlı qapıçı Eldar Tağızadənin formasını geyindiyi “Bistritsa” Sloveniyanın ikinci liqasında növbəti oyununu keçirib.

Futbolpress.az xəbər verir ki, komanda çempionatın 12-ci turunda səfərdə “Yesenitse” ilə qarşılaşıb və inamlı qələbə qazanıb (3:1).

Qarşılaşmada qonaqların heyətində Rok Kidriç, Aleks Koroşec və Patrik Katiç fərqləniblər. Meydan sahiblərinin yeganə qolunu isə Stefan Kladar) vurub.

Qeydə alınan nəticə:

Sloveniya İkinci Liqası

XII tur

Yesenitse – Bistritsa 1:3

Qollar: Stefan Kladar, 42 – Rok Kidriç, 3, Aleks Koroşec, 56, Patrik Katiç, 82

Bu nəticədən sonra “Bistritsa”nın xal ehtiyatı 20-yə çatıb. Komanda turnir cədvəlində dördüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, Eldar Tağızadə Sloveniya klubunda icarə əsasında çıxış edir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑