İdman · Futbolpress.az

“Neftçi”dən növbəti məğlubiyyət

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Neftçi”dən növbəti məğlubiyyət xəbəri üçün şəkil

“Neftçi” basketbol klubunun FIBA Avropa Kubokunun qrup mərhələsindəki uğursuz seriyası davam edir.

Futbolpress.az xəbər verir ki, H qrupunun IV turu çərçivəsində Bakı İdman Sarayında Rumıniyanın “Oradea” komandasını qəbul edən paytaxt təmsilçisi növbəti məğlubiyyətlə üzləşib. Görüş qonaqların 99:83 hesablı üstünlüyü ilə yekunlaşıb.

Bu nəticədən sonra qrupda keçirdiyi dördüncü matçdan da məğlub ayrılan “ağ-qaralar” 4 xalla turnir cədvəlinin dibində qərarlaşıblar.

Bakılılar bunadək keçirdikləri qarşılaşmalarda İsveçrənin “Fribur Olimpik” (73:78), Yunanıstanın “Mikonos” (58:78) və Latviyanın VEF (94:110) klublarına uduzmuşdular.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑