Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin daha bir oyunu baş tutub.
News24.az xəbər verir ki, “Şəfa” “SOCAR Polymer Arena”da “Ağstafa Gəncləri”nə 8:2 hesabı ilə qalib gələrək 1/8 finala adlayıb. Komanda bu mərhələdə “Neftçi” ilə üz-üzə gələcək.
Günün sonuncu qarşılaşması saat 19:00-da Gəncə şəhər stadionunda “Kəpəz” və “Baku Sportinq” komandaları arasında olacaq.
Bu gün baş tutan digər görüşlərdə “İmişli” “Qaradağ Lökbatan”ı 3:1, “Şahdağ Qusar” MOİK-i 9:1, “Şamaxı” “Haypers”i 5:1 hesabı ilə məğlub edib. Bununla da “Şahdağ Qusar” “Qəbələ”yə, “İmişli” “Sabah”a rəqib olub. “Şamaxı” isə “Xankəndi” – “Gəncəbasar” cütünün qalibi ilə qarşılaşacaq.
Daha əvvəl “Sumqayıt”, “Qəbələ”, “Araz-Naxçıvan”, “Marafon” və “Zirə” 1/8 finala vəsiqə qazanıblar. Bu raunda oktyabrın 29-da yekun vurulacaq.

