İdman · Axar.az

İspaniya Superkuboku Azərbaycanda keçirilə bilər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İspaniya Superkuboku Azərbaycanda keçirilə bilər xəbəri üçün şəkil

İspaniya Superkubokunun gələcək illərdə Azərbaycanda təşkili mümkün variantlardan biridir.

Axar.az Oxu.az-a istiandla xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) baş direktoru Manuel Lalinde açıqlamasında danışıb.

Onun sözlərinə görə, 2027-ci ildə Səudiyyə Ərəbistanında Asiya Kubokunun keçirilməsi ilə əlaqədar İspaniya Superkuboku üçün alternativ ev sahibi axtarılıb. Bu prosesdə Azərbaycan, ABŞ, Çin, Mərakeş və Qətər də daxil olmaqla, bir sıra ölkələrdən təkliflər alınıb.

Lalinde yarışa beynəlxalq marağın yüksək olduğunu vurğulayıb və Superkubokun təşkilindən əldə olunan gəlirlərin artırılması üçün imkanların mövcudluğunu qeyd edib.

Qeyd edək ki, 2027-ci il İspaniya Superkuboku İstanbulda keçiriləcək. Turnirin yarımfinal oyunları fevralın 2-də və 3-də, final qarşılaşması isə fevralın 6-da baş tutacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑