PSJ-nin hücumçusu Xviça Kvaratsxeliya əməliyyat olunub.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Gürcüstanlı futbolçu çarpaz bağlarının qopması səbəbindən əməliyyat edilib.
Kvaratsxeliyanın azı 8-9 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
25 yaşlı futbolçu bu mövsüm Fransa çempionatında 7 oyunda 1 qol vurub.



