İdman · İdman.biz

Əfsanəvi niderlandlı futbolçunun məşqçilik fəaliyyəti uğursuz başlayıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Əfsanəvi niderlandlı futbolçunun məşqçilik fəaliyyəti uğursuz başlayıb xəbəri üçün şəkil

Niderlandlı mütəxəssis Klarens Zeydorfun Braziliyanın “Korintians” klubunun baş məşqçisi kimi debütü uğursuz alınıb. Komanda onun rəhbərliyi altında keçirdiyi ilk oyunda məğlub olub.

İdman.Biz xəbər verir ki, komandasının məğlubiyyətini “Pianeta Milan” nəşrinə şərh edən Niderland millisinin sabiq futbolçusu nəticəyə görə ruhdan düşmədiyini bildirib.

“Düşünürəm ki, “Korintians” qələbə qazanmaq istəyini və özünə inamını nümayiş etdirdi. Paltardəyişmə otağına daxil olanda “Hər şey bununla bitmir” dedim. Nəyə qadir olduğumuzu bilirik. İndi öz meydanımızda oynayacağıq və artıq növbəti matça hazırlaşırıq. Məğlubiyyət geridə qalıb. Təəssüf ki, istədiyimiz nəticəni əldə edə bilmədik, amma bu, yolumuzun bir hissəsidir”, – deyə Zeydorf bildirib.

Klarens Zeydorfun rəhbərliyi altında “Korintians” “Vasko da Qama”ya səfərdə 3:2 hesabı ilə uduzub. Klub hazırda turnir cədvəlində 18-ci yerdə qərarlaşıb.

Qeyd edək kii, Niderlandlı mütəxəssis Klarens Zeydorf 2026-cı il oktyabrında Braziliyanın “Korintians” klubunun baş məşqçisi təyin olunub. Zeydorf klubla 2027-ci ilin sonunadək müqavilə imzalayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑