İdman · Yeni Sabah

İsmail Kartal istefa verdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İsmail Kartal istefa verdi xəbəri üçün şəkil

Türkiyə Super Liqasının nəhənglərindən olan "Fənərbaxça"da baş məşqçi İsmail Kartal vəzifəsindən istefa verib.

“Yeni Sabah” xəbər verir ki, "Qalatasaray"a qarşı keçirilən derbi matçındakı 2:1 hesablı məğlubiyyətdən sonra təcrübəli mütəxəssis rəhbərliyə ayrılmaq istədiyini bildirib.

Klub rəhbərliyi ilə aparılan müzakirələrdən sonra 65 yaşlı çalışdırıcının istifası qarşılıqlı razılıq əsasında qəbul olunub. İyun ayında dördüncü dəfə komandanın başına keçən Kartalın rəhbərliyi altında "sarı-lacivərdlilər" keçirdiyi 18 rəsmi matçda 9 qələbə, 5 heç-heçə və 4 məğlubiyyət qeydə alıb. Toyuqlu pizza

Yeni baş məşqçi təyin olunana qədər komandanı növbəti matçlara köməkçi məşqçi Dirk Kuytın çıxaracağı gözlənilir.

Nazim Hacıyev


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑