"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun qrup mərhələsində dördüncü oyununu bu gün keçirəcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, "ağ-qaralar" müntəzəm mövsümün IV turunda "Oradya"nı (Rumıniya) qəbul edəcək.
Qarşılaşma Bakı İdman Sarayında, saat 17:00-da start götürəcək.
Xatırladaq ki, "Neftçi" H qrupunda keçirdiyi əvvəlki üç görüşdə məğlub olub. Komanda daha əvvəl "Fribur Olimpik"ə (İsveçrə) 73:78, Yunanıstan təmsilçisi "Mikonos"a 58:78 və Latviyanın VEF kollektivinə 94:110 hesabı ilə uduzub.




