İdman · Bizim.Media

“Sumqayıt”ın “Mehdi Hüseynzadə”yə qayıdış vaxtı BİLİNDİ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Sumqayıt”ın “Mehdi Hüseynzadə”yə qayıdış vaxtı BİLİNDİ xəbəri üçün şəkil

Misli Premyer Liqasının 10-cu turu üçün nəzərdə tutulan “Sumqayıt” – “Şəfa” qarşılaşması “SOCAR Polymer Arena”da keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
 

Mütəxəssislərin rəyinə əsasən, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ot örtüyünün daha yaxşı vəziyyətə gətirilməsi və davamlı istismara hazır olması üçün bir müddət gözləmək məqsədəuyğun hesab edilib.


“Sumqayıt”ın bu mövsüm Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda ilk ev oyununun Misli Premyer Liqasının 12-ci turunda “Sabah”a qarşı keçirilməsi planlaşdırılır.

Oyundan əvvəl PFL tərəfindən stadiona baxış keçiriləcək.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑