İdman · Futbolpress.az

Elita klublarından güc nümayişi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Elita klublarından güc nümayişi xəbəri üçün şəkil

Azərbaycan Kubokunda II təsnifat mərhələsi başladı. Bu raunddan mübarizəyə qoşulan Premyer Liqa təmsilçiləri sürprizə imkan vermədi.

“Araz-Naxçıvan”, “Sumqayıt”, “Qəbələ” darmadağınla, “Zirə” isə çətinliklə mərhələ adladı.

İlk günün ən böyükhesablı nəticəsi Sumqayıtda qeydə alındı. Yerli komanda burada II Liqanın autsayderi “Kür-Araz”ı “qol yağışı”na tutdu. Birinci hissədə 5, ikincidə 6 qol vuran “kimyaçılar” bölgə təmsilçisi üzərində gücübü nümayişi etdirdi.

“Qəbələ” və “Araz-Naxçıvan” isə I Liqa komandalarını üstələdi. “Qırmızı-qaralar” “Mingəçevir”i ilk hissədə vurduğu qollarla kubokdan kənarlaşdırdı. Naxçıvan təmsilçisi isə “Şimal” üzərində rahat qələbəyə sevindi.

“Araz-Naxçıvan” yeni baş məşqçisi Yuri Maksimovun rəhbərliyi altında ilk qalibiyyətini kubokda qazandı. Bu, komandaya çempionat öncəsi motivasiya verəcək.

Hər üç görüşdə keyfiyyət fərqi aşkara çıxdı və elita klubları rahat mərhələ adladı.

II təsnifatın ilk gününün dramatik matçında isə “Zirə” I liqanın iddialılarından “Səbail”ə penaltilər seriyasında qalib gəldi. Əsas və əlavə vaxtı bərabərliklə başa çatan görüşdə “qartallar” 11 metrlik zərbələrdə dəqiq oynadı.

Matça damğa vuran əsas hadisə isə “Səbail”in futbolçusu Samu Nonqonun iki dəfə sarı vərəqə ilə cəzalanmasına baxmayaraq, sona qədər meydanda qalması oldu. Baş hakim Səbuhi Bayramov bu diqqətsizliyinə görə, böyük ehtimalla bir neçə oyunluq cəza alacaq.

Kubokun ilk günündə sensasiya sayılacaq nəticə “Marafon” – “Zaqatala” matçında qeydə alındı. II Liqaya bu il yüksələn “Marafon” I Liqanın təcrübəli adlarından “Zaqatala”ya minimal hesabla qalib gəldi və adını növbəti mərhələyə yazdırdı. Çətin günlərdən keçən bölgə təmsilçisi kuboka da erkən vida edərək azarkeşlərinə növbəti dəfə məyusluq yaşatdı.

İlk gündə qeydə alınan nəticələr I Liqa ilə Premyer Liqa arasındakı güc fərqini bir daha ortaya çıxardı.

Şahin Cəfərov

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑