Dünya · Publika.az

Diabet xəstələri üçün vacib tövsiyələr: Bu qaydalara əməl edin

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Diabet xəstələri üçün vacib tövsiyələr: Bu qaydalara əməl edin xəbəri üçün şəkil

Həkimlər qanda şəkərin səviyyəsini azaltmağa və daxili orqanlara düşən yükü yüngülləşdirməyə kömək edən vərdişləri açıqlayıblar.

Publika.az xəbər verir ki, endokrinoloq Damola Adje və dietoloq Eyveri Zenker bu barədə “Science Focus” jurnalına danışıblar.

Mütəxəssislərin sözlərinə görə, ikinci tip şəkərli diabet zamanı düzgün həyat tərzi xəstəliyin gedişatına müsbət təsir göstərə bilər.

Damola Adje diabetli şəxslərə bir gün ərzində ən azı səkkiz saat yatmağı tövsiyə edib. Onun sözlərinə görə, kifayət qədər yuxu qanda qlükoza səviyyəsinin azalmasına kömək edir. Həmçinin yeməkdən sonra fiziki aktiv olmaq, məsələn, 15 dəqiqə gəzmək də faydalıdır.

Dietoloq Eyveri Zenker isə düzgün qidalanmanın əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, rasionda yaşıl yarpaqlı tərəvəzlər, giləmeyvələr, meyvələr, tam taxıllar, qoz-fındıq, toxumlar və lobya kimi məhsullar üstünlük təşkil etməlidir. O, həmçinin qanda şəkərin səviyyəsini tənzimləməyə kömək edən lif və probiotiklərlə zəngin qidaların qəbulunu tövsiyə edib.

Mütəxəssis şam yeməyi ilə səhər yeməyi arasında 10-12 saatlıq fasilə saxlamağın da vacib olduğunu bildirib.

Müəllif: Roza

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑