Dünya · Publika.az

Dənizin dibində 2 min illik üzük tapıldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Dənizin dibində 2 min illik üzük tapıldı xəbəri üçün şəkil

Misirdə arxeoloqlar Aralıq dənizinin dibində, İsgəndəriyyənin sualtı xarabalıqları arasında təxminən 2 min illik tunc möhür üzük aşkar ediblər.

Publika.az xəbər verir ki, bu barədə “People” nəşri məlumat yayıb.

Bildirilib ki, üzüyün üzərində antik dünyanın yeddi möcüzəsindən biri olan İsgəndəriyyə mayakının təsvirinin olduğu ehtimal edilir.

Misirin Ali Qədim Əsərlər Şurasının baş katibi Hişam əl-Litinin sözlərinə görə, üzərində qədim mayak təsviri olan möhür üzük indiyədək arxeoloqlar tərəfindən aşkar edilməyib.

Eramızdan əvvəl III əsrdə Faros adasında inşa edilən İsgəndəriyyə mayakının hündürlüyü 120-140 metrə çatıb. Tarixi abidə XIV əsrə qədər baş verən bir sıra zəlzələlər nəticəsində dağılıb.

Müəllif: Roza

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑