Sudan və Cənubi Sudan arasında mübahisəli Abyei sərhəd bölgəsindəki Amiet bazarına edilən pilotsuz təyyarə hücumu nəticəsində ən azı 153 nəfər həlak olub və böyük yanğın baş verib.
Publika.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Hücum bazar ertəsi günü yerli vaxtla təxminən saat 11:30-da, Abyei şəhərindən təxminən 10 kilometr şimalda baş verib. Yerli hakimiyyət orqanları əvvəlcə 73 itki barədə məlumat vermişdi, lakin sonradan ölənlərin sayı ikiqat artıb.
Abyeinin informasiya naziri vəzifəsini icra edən Yohanna Akol Nqor hücuma görə Sudan ordusunu günahlandırıb.
"153 ölüm hadisəsi qeydə almışıq", - Nqor bildirib.
O əlavə edib ki, yanğın uzun müddət söndürülmədiyindən ölənlərin sayı artmaqda davam edib. Regional hakimiyyət orqanları da bazarda hərbçilərin olduğunu qəti şəkildə inkar edib.
Şahidlər “Reuters” agentliyinə ən azı beş güclü partlayış barədə məlumat veriblər. Partlayışdan sonra bazar ərazisi dərhal alovlanıb.
Bu arada, adının çəkilməsini istəməyən yüksək rütbəli Sudan hərbi rəsmisi dron əməliyyatını təsdiqləyib. O bildirib ki, hədəf Cənubi Sudandan gələn və Sürətli Reaksiya Qüvvələri (RSF) paramilitar qrupa gedən yanacaq tankerləri olub.
Hərbçi deyib: "Biz mülki şəxsləri hədəf almırıq".
O əlavə edib ki, öldürülənlərin hamısı guya RSF döyüşçüləri və ya yanacaq qaçaqmalçılığı ilə məşğul olan şəxslərdir və hücum razılaşdırılmış silahsızlaşdırılmış zonanın xaricində baş verib.
Müəllif: Tural
mais de150 mortos num ataque com drones contra um mercado na região disputada de abyei autoridades do Sudão do sul acusam o exército sudanês de estar por trás do ataque a guerra no sudão continua a fazer vítimas e a ultrapassar fronteiras #Sudão #Abyei #África #angola https://t.co/EQzVavrItm
— Bruno Almeida (@bruno_a28312) October 20, 2026




