İdman · Publika.az

13 yaşlı futbolçu faciəli şəkildə öldü

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
13 yaşlı futbolçu faciəli şəkildə öldü xəbəri üçün şəkil

“Amora”nın gənc futbolçusu Duarte Martins Portuqaliyada faciəli surətdə ölüb.

Publika.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Gənc oğlan 2013-cü il təvəllüdlü komandada oynayıb. O, həftəsonu son oyununda iki qol vurub və perspektivli oyunçu hesab olunurdu.

“Amor” bildirib ki, bu xəbər Martini tanıyan hər kəs üçün ağır zərbə olub:

"Bu həftə sonu Duarte meydanda idi, gülümsəyir, oynayır və komandası üçün iki qol vururdu. O, futbolu bütün həyatı qarşıda olan birinin sevinci və enerjisi ilə yaşayırdı".

Faciədən sonra “Amora” bütün idman tədbirlərini dayandırıb.

Klub açıqlamasında 13 yaşlı futbolçunun ölümünün səbəblərini açıqlamayıb.

Portuqaliya mediası oğlanın səkkizinci mərtəbənin pəncərəsindən yıxıldığını bildirib. Xilasedicilər gənc idmançını xilas etməyə çalışsalar da, o, hadisə yerində ölüb. Polis yıxılmanın səbəblərini araşdırır.

Müəllif: Tural

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑