Şimali Koreya yeni hava hücumundan müdafiə (HHM) raket kompleksini sınaqdan keçirib.
Publika.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.
Sınaqlara Koreya Fəhlə Partiyası Mərkəzi Hərbi Komissiyasının üzvü, ordu generalı Kim Çon rəhbərlik edib. Yoxlamalar zamanı raketin texniki göstəriciləri, tuşlama sisteminin imkanları, hədəfləri aşkarlama və izləmə qabiliyyəti, eləcə də məlumatların emalı mexanizmi sınaqdan keçirilib.
Bundan əlavə, uzaqmənzilli strateji qanadlı raket bölmələrinin iştirakı ilə hərbi təlim təşkil olunub. Təlimdə raketlərdən istifadə edilməklə şərti aerodroma zərbə endirilib.
KCNA bildirib ki, sınaq və təlimlər döyüş sistemlərinin texniki imkanlarını və etibarlılığını artırmaq məqsədi daşıyır.


.jpg)

