Ölkə.az xəbər verir ki, Rəşad Sadiqovun komandası Xorvatiyada Zaqreb "Dinamo"sunun qonağı olub. Matç Xorvatiya təmsilçisinin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Benkotiç (24), Trupçeviç (34), Bojkov (38, 45+3), Ban (45+1), Teymurov (54, avtoqol) və Radiç (76) vurublar. Bununla da Ağdam təmsilçisi turnirlə vidalaşıb.
Qeyd edək ki, Bakıdakı ilk qarşılaşmada da "Qarabağ" rəqibinə uduzub - 1:2.



