Dünya · Ölkə.az

Putin və Tramp gizlicə danışıblar?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Putin və Tramp gizlicə danışıblar? xəbəri üçün şəkil

Ölkə.az xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalist Pavel Zarubinlə söhbəti zamanı bildirib.

Belə ki, Peskov jurnalistin müvafiq sualına gülərək: “Sizin xəbərinizin olmadığı bir zəng... bəlkə də ola bilərdi” deyə cavab verib. Lakin mətbuat katibi belə bir danışığın, ümumiyyətlə, baş tutmaya biləcəyinə də işarə vurub.

Qeyd edək ki, məlum olan son rəsmi telefon danışığı oktyabrın 9-da baş tutub və təxminən saat yarım davam edib. Peskovun sözlərinə görə, Trampın təşəbbüsü ilə söhbətin böyük hissəsi Ukrayna münaqişəsinin həllinə həsr olunub. Rusiya rəsmisi bildirib ki, Putin Vaşinqtonun gərginliyin azaldılmasına dair bəzi təkliflərini anlayışla qarşılayıb. Lakin Trampın dəqiq hansı təşəbbüsləri irəli sürdüyü açıqlanmayıb.

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov isə bu danışığı olduqca məzmunlu və səmimi qiymətləndirib. O həmin telefon danışığı ilə bağlı “heç kim dəstəyi birinci asmaq istəmirdi” sözlərini əlavə edib.(Qafqazinfo)

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑