Dünya · SİA

Rusiyada “Yandex”in məlumat mərkəzi dron hücumundan sonra bağlanıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiyada “Yandex”in məlumat mərkəzi dron hücumundan sonra bağlanıb xəbəri üçün şəkil

Rusiyanın Vladimir vilayətində yerləşən “Yandex” şirkətinə məxsus məlumat mərkəzi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.

SİA-nın əldə etdiyi məlumata görə, hücum nəticəsində mərkəzin infrastrukturu zədələnib və fəaliyyəti tam dayandırılıb.

Şirkətdən bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb. Bununla belə, “Yandex”in bəzi xidmətləri istifadəçilər üçün əlçatmaz olub.

Hazırda mütəxəssislər hücumun nəticələrini qiymətləndirir və mərkəzin fəaliyyətinin bərpası üzərində işləyirlər.

Qeyd edək ki, bu, son günlər “Yandex”in məlumat mərkəzlərinə edilən üçüncü hücumdur. Bundan əvvəl şirkətin Ryazan və Kaluqa vilayətlərindəki obyektləri də dron hücumlarına məruz qalıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑