Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri oktyabrın 12-də Lüksemburqda keçiriləcək görüşdə Yəmən husilərinin hücumlarından sonra Qırmızı dənizdə Səudiyyə Ərəbistanı ilə hərbi əməkdaşlıq məsələsini müzakirə edəcəklər.
Bu barədə Aİ-nin diplomatiya xidmətinin rəhbəri Kaya Kallas "X" sosial şəbəkə hesabında paylaşım edib.
K.Kallas qeyd edib:
"Aİ-nin xarici işlər nazirləri birinci günü Səudiyyə Ərəbistanı ətrafında gərginliyin artmasını müzakirə edəcəklər. Aİ-nin Qırmızı dənizdəki "Aspides" dəniz missiyası ilə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi beynəlxalq koalisiya arasında koordinasiyanın gücləndirilməsi həlledici əhəmiyyət kəsb edir".
Aİ rəsmisi Ər-Riyad hava limanına edilən zərbəni "terror aktı" adlandırıb və Səudiyyə Ərəbistanına başsağlığı verib.
Oxşar bəyanatla Avropa Komissiyasının sədri Ursula fon der Lyayen də çıxış edib. O, mülki hava limanına zərbə endirilməsinin gərginliyi artırdığını və qlobal nəqliyyat qovşağını sabitlikdən çıxardığını, bunun fəsadlarının bütün dünyada hiss olunduğunu bildirib. ///teleqraf///




