Dünya · Globalinfo.az

Netanyahu hücumlara belə reaksiya verdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Netanyahu hücumlara belə reaksiya verdi xəbəri üçün şəkil


İsrailin Baş naziri Benyamin Netanyahu Ər-Riyad Beynəlxalq Hava Limanına edilən hücuma münasibət bildirib.

Globalinfo.az xəbər verir ki. O, hadisə nəticəsində həyatını itirənlərin yaxınlarına başsağlığı verərək terrorizmlə mübarizənin gücləndirilməsinin vacibliyini vurğulayıb.

İsrail hökumətinin başçısı baş verənləri “dəhşətli terror aktı” kimi qiymətləndirib. Onun sözlərinə görə, hücum 12 nəfərin ölümü, yüzlərlə insanın isə yaralanması ilə nəticələnib.

Netanyahu terror aktlarının dinc sakinləri hədəfə aldığını, cəmiyyətdə qorxu və sabitsizlik yaratdığını qeyd edib. O, bu cür hallara qarşı qətiyyətli mübarizənin aparılmasına çağırıb.

Baş nazir, həmçinin Yaxın Şərq ölkələrinin təhlükəsizlik sahəsində əməkdaşlıq etdiyi, əhalisini qoruduğu və sabitliklə rifaha əsaslanan gələcək qurduğu bir region görmək istədiklərini bildirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑