Dünya · Konkret.az

Kayerasındakı prinsipləri açıqladı | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Kayerasındakı prinsipləri açıqladı | KONKRET xəbəri üçün şəkil

Türkiyəli məşhur aktrisa Eda Ece evləndikdən və ana olduqdan sonra karyerasında daha seçici davrandığını açıqlayıb.

KONKRET.az xəbər verir ki, tanınmış jurnalist Fatih Altaylının verilişində qonaq olan aktrisa rol aldığı layihələrdə öpüşmə səhnələrində iştirak etmədiyini, açıq-saçıq geyimlərə də üstünlük vermədiyini bildirib.

Aktrisa ailə qurduqdan, xüsusilə ana olduqdan sonra həyata baxışının dəyişdiyini və bunun rol seçimlərinə də təsir etdiyini deyib.

Eda Ece aktyorluq fəaliyyətində müəyyən sərhədlər qoyduğunu və bundan sonra da həmin prinsiplərə uyğun davranmağa çalışdığını vurğulayıb.

“Açıq-saçıq səhnələrdə çəkilmirəm, açıq-saçıq paltarlar geyinmirəm. Bu məsələlərə diqqət yetirirəm. Evləndikdən və ana olduqdan sonra daha diqqətli olmağa çalışdım”, – deyə aktrisa bildirib.

O, şəxsi seçimlərinin yaşadığı cəmiyyətin dəyərlərindən də təsirləndiyini qeyd edib.

Aktrisa həmkarlarının seçimlərini tənqid etmədiyini xüsusi vurğulayıb.

“Yaşadığın cəmiyyətdən kənara çıxa bilməzsən. Mən öpüşmə səhnələrini tənqid etmirəm. Sadəcə, özüm bunu etmirəm. Bəlkə də, aktyor həmkarlarım buna görə mənə qəzəblənərlər”, – deyə Ece fikirlərini bölüşüb.

Qeyd edək ki, Eda Ece 2023-cü ildə basketbolçu Buğrahan Tuncerlə ailə qurub. Cütlüyün Mina İpek adlı qızı 2024-cü ildə dünyaya gəlib.\\qafqazinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑