Dünya · Milli.az

Zelenski Tramp barədə: "Putini dayandıra bilmədiyi üçün Ukraynaya təzyiq edir"

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Zelenski Tramp barədə: "Putini dayandıra bilmədiyi üçün Ukraynaya təzyiq edir" xəbəri üçün şəkil

Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putini dayandırmağın yolunu tapa bilmədiyi üçün Ukraynaya təzyiq göstərir.

Milli.Az xəbər verir ki, Zelenski bu barədə ABC News telekanalına müsahibəsində bildirib.

"Bu insanlar Putini necə dayandırmağın yolunu tapa bilmirlər. Çünki Putini dayandırmaq başqalarına təzyiq göstərməkdən daha çətindir. Dizel yanacağının qiymətlərindən danışmaq və bunu Ukrayna ilə əlaqələndirmək daha asandır", - o, qeyd edib.

Ukrayna Prezidentinin sözlərinə görə, dünyada neft və neft məhsullarının qiymətlərinin artmasının əsas səbəbi Yaxın Şərqdəki müharibə və Hörmüz boğazının bağlanmasıdır.

Zelenski ABŞ ilə Rusiya arasında dizel yanacağına dair razılaşmanı niyə "Putinə hədiyyə" adlandırdığını da izah edib.

"Bu razılaşma Putinə pul qazandırır. O isə həmin pulları yalnız bu müharibəyə xərcləyir. Bizi, uşaqlarımızı öldürmək üçün. Onun bu müharibəyə xərcləmək üçün çoxlu pulu var", - Ukrayna lideri bildirib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑