İran hakimiyyəti Hörmüz boğazından keçərkən naviqasiya və identifikasiya sistemlərini söndürən bütün gəmiləri düşmən gəmiləri kimi qiymətləndirəcək.
Yenicag.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri xəbərdarlıq yayıb.
Qurumun bəyanatında bildirilib ki, Hörmüz boğazında naviqasiya və identifikasiya sistemlərini söndürən bütün gəmilər düşmən kimi təsnif ediləcək.
İran hərbçiləri belə hallarda gəmilərə qarşı sərt tədbirlərin görüləcəyini bəyan ediblər.
Açıqlamada həmçinin iddia olunur ki, oktyabrın 10-dan etibarən İranın Hörmüz boğazından keçidlə bağlı müəyyən etdiyi qaydaları pozan üç tanker dəniz minalarına düşərək yanıb.





