Dünya · SİA

Üçüncü neft tankeri də minaya düşüb- SEPAH

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Üçüncü neft tankeri də minaya düşüb- SEPAH xəbəri üçün şəkil

Hörmüz boğazında daha bir neft tankeri minaya düşüb. SİA xəbər verir ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bununla bağlı bəyanat yayıb.

"Qaydanı pozan bir supertanker bu gün axşamüstü Hörmüz boğazının cənub hissəsində dəniz minasına çırpılıb, mühərrik otağında partlayış və yanğın olub", - məlumatda deyilir.

Bildirilib ki, Hörmüz boğazından çıxmaq istəyən xam neft yüklü bu gəmi bütün naviqasiya sistemlərini söndürüb: "Gəmi Hörmüz boğazının qanunlarını (İranın elan etdiyi qaydalar – red.) pozub və icazə verilməyən marşrutdan keçdiyinə görə qəzaya uğrayıb.

Bu, ötən gündən indiyədək Hörmüz boğazının icazə verilməyən marşrutunda dəniz minalarına çırpılaraq yanğına məruz qalan, qaydanı pozan üçüncü neft tankeridir".

Mətləb

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑