İran Hörmüz boğazında naviqasiya və identifikasiya sistemlərini söndürən gəmiləri düşmən hesab edəcək.Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin bəyanatında bildirilib.
Bəyanatda qeyd olunub ki, Hörmüz boğazında naviqasiya və identifikasiya sistemlərini söndürən bütün gəmilər düşmən kimi qiymətləndiriləcək.
İran hərbçiləri belə gəmilərin “qətiyyətli şəkildə cəzalandırılacağını” da açıqlayıblar.
Məlumata görə, oktyabrın 10-dan etibarən İranın Hörmüz boğazından keçidlə bağlı müəyyən etdiyi qaydaları pozan üç tanker dəniz minalarına düşərək partlayıb və yanıb.






