Dünya · Bizim.Media

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs tutuldu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs tutuldu xəbəri üçün şəkil

Polşanın Baş naziri Donald Tuska və müdafiə naziri Vladislav Kosinyak-Kamışa elektron kanallar vasitəsilə təhdidlər ünvanlayan şəxs saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Donald Tusk “X” sosial şəbəkə hesabında bildirib.

O yazıb: “İşlənə biləcək sui-qəsdlə bağlı təhdidlər səsləndirən şəxs saxlanılıb”.

Polşa xüsusi xidmət orqanlarının koordinatoru nazirinin mətbuat katibi Yatsek Dobjinskinin sözlərinə görə, Baş nazir və müdafiə naziri oktyabrın 11-də səhər saat 07:00 radələrində təhdidlər alıblar.

“Gazeta Wyborcza” qəzetinin xüsusi xidmət orqanlarındakı anonim mənbəyə istinadən yaydığı məlumata görə, elektron kanallar vasitəsilə göndərilən təhdidlərdə siyasətçilərin yaşayış yerləri və yaxın gələcək üçün planları barədə məlumatlar yer alıb.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑