Dünya · Azxeber.com

Afrika sahillərində miqrantları daşıyan gəmi batıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Afrika sahillərində miqrantları daşıyan gəmi batıb xəbəri üçün şəkil
Şərqi Afrikada, Cibuti sahillərində miqrantları daşıyan gəminin batması nəticəsində 109 nəfər həlak olub, 116-dan çox şəxs isə itkin düşüb.
Bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı (BMQT) məlumat yayıb.
Məlumata görə, həlak olan 109 nəfərdən 15-i uşaqdır. İtməyə düşən 116-dan çox şəxsin axtarışları davam edir. Fəlakət zamanı 80-dən çox insanı xilas etmək mümkün olub, onların hamısının Efiopiya vətəndaşları olduğu bildirilir.
Qurumdan əlavə olunub ki, gəmi Cibutidən Yəmənə doğru hərəkət edərkən Obok şəhərindən şimalda, Quhere yaxınlığında aşıb.
Qeyd edək ki, hər il Somali yarımadasından on minlərlə miqrant təhlükəsizlik, sabitlik və Körfəz ölkələrində iş tapmaq ümidi ilə Cibuti üzərindən Bab əl-Məndəb boğazını keçərək Yəmənə üz tutur.   ///teleqraf///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑