Dünya · Azxeber.com

İran ordusu ABŞ-nin BƏƏ-dəki obyektlərinə hücum edə bilər

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İran ordusu ABŞ-nin BƏƏ-dəki obyektlərinə hücum edə bilər xəbəri üçün şəkil
İranın ali rəhbəri Müctəba Xameneinin müşaviri Möhsün Rezai bildirib ki, ABŞ-nin Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Hörmüz boğazı ətrafındakı bəzi obyektləri hədəf alına bilər.
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi M. Rezai bunu "Press TV"yə müsahibəsində açıqlayıb.
"Amerikanın BƏƏ və Hörmüz boğazı ətrafında çox bahalı aktivləri var ki, biz onları hələ də öz hədəflərimiz sırasına daxil etməmişik", - Rezai deyib və xəbərdarlıq edib ki, əgər müharibə yenidən başlasa, bu obyektlər İran ordusunun hədəfinə çevriləcək.
Onun sözlərinə görə, söhbət kabellər, data mərkəzləri, süni intellekt təsisatları və saytlardan gedir: "Bu obyektlərin ümumi dəyəri 2 trilyon dollardan çoxdur".   ///report///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑