"Bakı Metropoliteni" QSC-dən Ölkə.az-a verilən xəbərə görə, girişi ödənişsiz olan “Xocəsən” və “Avtovağzal” stansiyalarından, ümumilikdə 556 424 sərnişin istifadə edib. Bu göstərici sentyabr ayı ilə müqayisədə 64 % artım deməkdir.
1 683 032 sərnişinlə “Koroğlu” stansiyası oktyabr ayına liderlik edib.
20 oktyabr 641 442 nəfərlə ayın ən çox sərnişin daşınan günü olub.
NFC və QR bilet vasitəsilə ümumilikdə 8 879 685 ödəniş həyata keçirilib. Sentyabr ayı ilə müqayisədə rəqəmsal ödənişlərin sayı 15,9 % artıb.
Gediş haqqının NFC ilə ödənilməsi oktyabr ayında bütün ödənişli sərnişinlərin 43,3 %-ni təşkil edib.
“Əlçatan metro” xidmətindən ay ərzində 113 sərnişin yararlanıb.


