İqtisadiyyat · Təzadlar

“Allall Finance” kapitalını 51 dəfə artırmağı planlaşdırır - Təzadlar - Təzadlar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Allall Finance” kapitalını 51 dəfə artırmağı planlaşdırır - Təzadlar - Təzadlar xəbəri üçün şəkil

Azərbaycanın kollektor agentliyi – “Allall Finance” ASC nizamnamə kapitalını 205 min manat və yaxud 51 dəfə artıraraq 4,1 min manatdan 209,1 min manata çatdırmağı planlaşdırır.

Tezadlar.az bu barədə qiymətli kağızların emissiya prospektinə istinadən xəbər verir.

Sənədə əsasən, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 410 manat olan 500 ədəd yeni səhm buraxılacaq. Prosesin anderrayteri “Troni İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı, səhmləri almaq istəyən şəxslər “Bakı Fond Birjası” QSC-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Xatırladaq ki, “AllAllFinance” 2024-cü ildə yaradılıb. Şirkətin səhmdarları hər biri 40 % payla Mədəd Rüstəmov və Camal Aydınov, eləcə də 20 % payla Rəşad Səlimovdur. M.Rüstəmov eyni zamanda “MJ Financial Services” QSC bank olmayan kredit təşkilatının (BOKT) səhmlərinin 30 %-nə, C.Aydınov isə 70 %-nə nəzarət edir. R.Səlimov isə “Neo” ASC BOKT-da 40 % pay sahibidir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑