“Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev nəqliyyat bağlantıların əhəmiyyətinə xüsusi diqqət çəkib. Dövlət başçısı bildirib ki, bağlantı istiqamətində hər hansı bir rola malik olmaq üçün qonşularla ilə yaxşı münasibətlər olmalıdır və bu da baş verdi.
“Qitələr arasındakı ticarət dövriyyəsinin 200 milyard dollar artacağı gözlənilir”.
Bu sözləri Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov sosial media hesabında bildirib.
O, diqqətə çatdırıb ki, regional bağlantıların genişləndirilməsində Zəngəzur dəhlizi və “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRİPP) yolunun daha qısa zamanda reallaşmasının xüsusi rolu olacaq:
“Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində avtomobil yolunun 95%-i, dəmir yolunun isə 75%-i artıq inşa edilib. 2 gün öncə Ermənistan parlamenti ABŞ ilə TRİPP layihəsi üzrə Strateji Əməkdaşlıq Çərçivə Sazişini ratifikasiya edib.
Zəngəzur dəhlizinin illik ötürmə qabiliyyətinin 15 milyon ton olacağı nəzərdə tutulur. Dəhlizin açılması nəticəsində ümumi Orta Dəhlizin ötürmə qabiliyyətinin 10–12 milyon ton artacağı gözlənilir. Dəhlizin tam işə düşməsi və Ermənistan ərazisindən keçən 42 kilometrlik hissənin tamamlanması ilə Asiyadan Avropaya yüklərin daşınma müddəti 12–15 günə enəcək.
Azərbaycan Prezidentinin forumda qeyd etdiyi kimi, nəqliyyatda bağlantıların beynəlxalq gündəmdə ən əsas məsələlərdən biri olduğunu nəzərə alsaq, ölkəmiz bu məsələdə xüsusi rola malikdir. Yaxın gələcəkdə Orta Dəhlizin mühüm seqmentinə çevriləcək Zəngəzur dəhlizi Azərbaycanın geosiyasi mövqeyinin daha da möhkəmlənməsinə xidmət etməklə yanaşı, region dövlətlərinin gəlirlərinin artmasına da imkan yaradacaq. Qitələr arasındakı ticarət dövriyyəsinin 200 milyard dollar artacağı gözlənilir. Yüklərin 10-15 %-nin Zəngəzur dəhlizi vasitəsilə daşınacağı təqdirdə Azərbaycan yaxın gələcəkdə ildə 3 milyard dollar tranzit gəliri əldə edəcək. Bu həmçinin Azərbaycanın formalaşdırdığı düzənin yaratdığı sülhün iqtisadi dividentləri deməkdir”.
JASMİN
BİRLİKDƏ PAYLAŞAQ
Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.
Azərbaycanda bank sektorunda maraqlı vəziyyət yaranıb. Maliyyə qurumları kredit vermək üçün müştəri axtarır. Mərkəzi Bankın sədri banklarda xeyli sərbəst vəsaitin formalaşdığını və bu vəsaitlərin yerləşdirilməsi ilə bağlı imkanların mövcud olduğunu bildirib. Halbuki bir müddət əvvəl bankların kredit
Qlobal iqtisadi vəziyyət və Türkiyənin maliyyə siyasəti türk lirəsinin növbəti dəfə devalvasiyasına səbəb olub.
Bu barədə Modern.az dünya mediasına istinadən xəbər verir.
Qeyd edilib ki, Türkiyədə 1 dollar 50 lirəni keçərək bütün zamanların ən yüksək həddini keçib.
Rusiyanın ən varlı iş adamlarının ümumi sərvəti 2026-cı ilin əvvəlindən oktyabrın sonunadək 28 milyard dollardan çox azalıb. Sfera.az xəbər verir ki, ən böyük itki “Norilsk Nikel” şirkətinin əsas səhmdarı Vladimir Potanində qeydə alınıb. Onun sərvəti 8,1 milyard dollar azalıb. İkinci yerdə “Onexim”
Kinosevərlər üçün bilet almaq daha asan olacaq. Rəqəmsal xidmətləri bir çətir altında birləşdirən Bir ekosistemi Azərbaycanın ən böyük kinoteatr şəbəkələrindən biri CineMastercard ilə yeni əməkdaşlığa başlayır. Tərəfdaşlıq çərçivəsində istifadəçilər kino biletlərini əlavə platformaya keçid etmədən,