İqtisadiyyat · Marja.az

Dövlət satınalmalarının vahid internet portalında yeni “Müraciətlər” modulu istifadəyə verilib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Dövlət satınalmalarının vahid internet portalında yeni “Müraciətlər” modulu istifadəyə verilib xəbəri üçün şəkil

Yeni imkanın tətbiqi müraciətlərə baxılması prosesində operativliyin artırılmasına, təchizatçılarla elektron məlumat mübadiləsinin daha səmərəli təşkilinə xidmət edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az/) təchizatçıların satınalma prosesi ilə bağlı müraciətlərinin elektron qaydada təqdim edilməsi, icra vəziyyətinin izlənilməsi və nəticələr barədə məlumatların operativ əldə olunmasına imkan verən yeni “Müraciətlər” modulu istifadəyə verilib.

Modul təchizatçıların şikayət, ərizə və təkliflərini vahid elektron platforma üzərindən təqdim etməsinə və müraciətlərin icra prosesinin sistemli şəkildə izlənməsinə imkan yaradır. Bununla müraciətlərin idarə olunması prosesi rəqəmsallaşdırılır, məlumatların vahid sistemdə toplanması və müraciətlərin statusu barədə təchizatçıların operativ məlumatlandırılması təmin olunur.

“Müraciətlər” modulundan istifadə qaydaları ilə bağlı hazırlanmış təlimat videosunu buraya keçid etməklə izləyə bilərsiniz. 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑